İstefa ərizəsini Putinə təqdim etdi və...

11 Oktyabr 2018 21:34 (UTC+04:00)

Başqırdıstan prezidenti Rüstəm Hamitov istefa verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, o, istefa ərizəsini prezident Vladimir Putinə göndərib.

Hamitov istefasının səbəbini belə açıqlayıb:

"Bu, bütün mənalarda mənim öz qərarımdır. 2019-cu ildə Başqırdıstan respublikasının başçısı üçün təyin edilən seçkilərdə də iştirak etmək fikrim yoxdur".

O, müraciətinin sonunda seçiləcək yeni rəhbərliyə uğurlar diləyib.

AzNews.az