Uzun saçlara sahib olmaq istəyirsinizsə...

13 Oktyabr 2018 09:22 (UTC+04:00)

Bəzən xanımlar radikal qərarlar verərək, uzun saçlarını kəsdirirlər. Bir müddət sonra isə uzun saçları üçün darıxmağa başlayırlar. Saçlarını yenidən uzatmaq, əvvəlki saç formasına qayıtmaq üçün isə əlindən gələni edirlər.

Saçları uzatmaq üçün bir çox maskalar olsa da bunların içindən ən effektivini AzNews.az sizlərlə bölüşür.

Evdə hazırlanan alma sirkəsi ilə saçlarınızı daha sürətli uzada bilərsiniz. Eyni zamanda saçlarınız parlaq və sağlam görünəcək.

1 stəkan alma sirkəsi və 4 stəkan adi suyu qarışdırın. Saçlarınızı şampunla yuyun. Daha sonra maskanı təmiz saçlarınıza durulama suyu olaraq tətbiq edin. Saçlarınızı hər yuduqda bu sudan istifadə edin.

Nigar CƏFƏR

AzNews.az