Berezovskinin mirasına həbs qoyulacaq

3 Aprel 2013 20:10 (UTC+04:00)
Böyük Britaniyada vəfat etmiş Boris Berezovskinin Rusiyada mirası aşkarlanarsa, ona həbs qoyulacaq.


"RİA Novosti"nin xəbərinə görə, bu barədə Məhkəmə İcraçıları Federal Xidmətinin rəhbəri Artur Parfençikov açıqlamasında bildirib:"Varidat Rusiya ərazisində aşkarlansa, mirasa həbs qoyulacaq. Rusiya xaricində isə bunu edə bilmərik".

Federal Xidmət həmçinin qeyd edib ki, biznesmenin borcları onun varislərinə keçə bilər.

AzNews.az