Alternativ Nobelin qalibi fransız yazıçı oldu

13 Oktyabr 2018 11:40 (UTC+04:00)

AzNews.azın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, “müstəmləkəçilik epoxasını, onun mədəni irsini, adətlərini dərindən araşdırdığına görə” bu mükafata layiq görülüb.

Kondeyə mükafat Yeni İsveç Akademiyası tərəfindən verilib.

Yeni Akademiya İsveç Akademiyasında yaranmış böhrandan və Ədəbiyyat üzrə 2018-ci il Nobel mükafatının verilməsinin təxirə salınmasından sonra yaradılıb.

Qalibin 9 dekabrda mükafatlandırılmasından sonra Yeni Akademiya buraxılacaq.

Mirmehdi,

AzNews.az