Ermənistandan İrana Qarabağ təşəkkürü

3 Aprel 2013 21:20 (UTC+04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan İrana Qarabağ münaqişəsindəki mövqeyinə görə təşəkkürünü bildirib. Erməni tərəfinin təşəkkürünü nazir İran XİN-nin rəsmi nümayəndəsi Ramin Mehmanpərəslə görüşündə onun diqqətinə çatdırıb.

İki ölkə arasında münasibətlərin inkişaf dinamikasından razılığını ifadə edən nazir əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.

Görüşdə regional problemlərin müzakirəsi çərçivəsində Ermənistan xarici siyasət idarəsinin rəhbəri İrana Qarabağ məsələsindəki mövqeyinə görə təşəkkür edib.

Elnarə
AzNews.az