Qırmızıda keçənlərə qarşı yeni cəza təbiq edildi - İşıqfor güzəştə getməyəcək

15 Oktyabr 2018 13:24 (UTC+04:00)

Çində piyadaların hərəkətini tənzimləyən yeni qurğu istehsal edilib.

İstehsalçılar hazırladıqları turniketlə piyadaların qırmızı işıqda keçməsinin qarşısını almağı hədəfləyirlər. Piyada zolağının qarşısında quraşdırılan qurğunun üzərindəki “X” işarəsi qırmızı olanda hərəkət etməyə icazə verilmir.

Əgər piyada bu halda qarşı tərəfə keçməyə cəhd edərsə, qurğu onların üzərinə su buxarı vurur. Piyadalar yalnız hərəkətə icazə verildikdə qarşı tərəfə keçə bilərlər. (ikisahil.az)

© AzNews.az