Yığmanın baş məşqçisi istefa verdi

15 Oktyabr 2018 16:29 (UTC+04:00)

Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.

Aznews.az xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.

Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq.

Ukrayan ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı.

Bu ölkənin yığması onun rəhbərliyi altında Avro-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı. Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.

Turan

© AzNews.az