Putin futbolçuların döydüyü məmurlara mükafat verdi

15 Oktyabr 2018 18:07 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin futbolçular – Aleksandr Kokorin və Pavel Mamayevin Moskvanın mərkəzindəki kafedə döydükləri məmurları mükafatlandırıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Sənaye və Ticarət nazirliyinin departament direktoru Denis Pak “Vətən qarşısında xidmətlərinə görə” medalı ilə, “NAMİ” şirkətinin baş direktoru Sergey Qaysin isə “Aleksandr Nevski” ordeni ilə təltif edilib.

Xatırladaq ki, oktyabrın 11-də Moskvanın Tver məhkəməsi hər iki futbolçunu 2 aylıq həbs cəzasına məhkum edib.

© AzNews.az