Arda Turan haqda qərar veriləcək – saat 20.30-da

15 Oktyabr 2018 18:33 (UTC+04:00)

İstanbulun “Medipol Başakşehir” futbol klubunun rəhbərliyi bu axşam Arda Turan haqda qərar verəcək.

AzNews.az xəbər verir ki, toplantıda verilən qərarın sabah yayılacağı deyilir.

Qeyd edək ki, müğənni Berkay ilə dava edən Arda Turan üçün 12.5 ilə qədər həbs cəzası istənmişdi.

Çalışdığı klubun 31 yaşlı futbolçu haqda hansı qərarı verəcəyi onun yaxınlarını və bir çox futbolsevərləri çox maraqlandırır. Bu baxımdan bütün diqqətlər axşam saat 20.30-a yönələcək.

© AzNews.az