Badamdardakı sürüşmə sahəsində vəziyyət necədir?

15 Oktyabr 2018 21:42 (UTC+04:00)

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib.

"Sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə də müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır", - deyə məlumatda bildirilir.

AzNews.az