Polis 56 uşaq və 7 qadını... - Meksikada

15 Oktyabr 2018 22:14 (UTC+04:00)

Meksikanın hüquq-mühafizə orqanları 56 uşağı və 7 qadını cinayətkar qruplaşmanın əlindən xilas edib.

Bu barədə “El Sol de Mexico” qəzeti yazıb. Cinayətkarlar uşaqları və qadınları diləndirmək məqsədilə qaçırıblar.

Xüsusi əməliyyat nəticəsində 11 nəfər cinayətkar saxlanılıb. Onlar, həmçinin, insan alveri və yetkinlik yaşına çatmayanların istismarında ittiham olunurlar.(qafqazinfo.az)

AzNews.az