“Qarabağ qaziləri”nin rəhbəri Etimad Əsədov vəfat etdi

16 Oktyabr 2018 09:14 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bir müddətdir ağ ciyər xəstəliyindən əziyyət çəkən E.Əsədov bu gün səhər saatlarında dünyasını dəyişib.

O, bu gün Yeni Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, E.Əsədov 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub. O, 836 saylı Ağdam ərazi özünü müdafiə batalyonunun tərkibində erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

AzNews.az