Bu mağaraya əli dolu girən əli boş, əliboş girən əlidolu çıxır

16 Oktyabr 2018 10:58 (UTC+04:00)

Türkiyənin Muş vilayətinin Varto kəndində insanlar yazda istehsal etdikləri pendir, kərə yağ və başqa süd məhsullarını bu mağarada saxlayırlar.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kənd sakinləri istehsal etdikləri süd məhsullarını isti və soyuq havadan qorumaq üçün mağaraya yığırlar. Deyilənə görə, ilin hər fəslində mağarada havanın temperaturu 2-3 dərəcə isti olur. İnsanlar isti aylarda məhsullarını istidən, soyuq aylarda istə soyuqdan donmaqdan qorumaq üçün bu mağaralara gəririlər.

Sakinlər məhsullarını qorumaq üçün heç bir üsuldan istifadə etmədiklərini və heç vaxt burada oğurluq olmadığını bildiriblər.

Nigar CƏFƏR

AzNews.az