Abdulla Öcalan Ərdoğanla eyni fikirdədir
4 Aprel 2013 09:19 (UTC+04:00)
PKK terror təşkilatının lideri Abdulla Öcalan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dəstək verib. Türk mətbuatına istinadən verilən xəbərə görə, Öcalan dünən İmralında BDP nümayəndələri ilə görüşündə "Ərdoğanın PKK silahsız da sərhəddi tərk edə bilər" fikrinə münasibətini açıqlayıb.
PKK lideri tərəfdarlarına növbəti dəfə müraciət edərək hüquqi zəmanət gözləmədən silahsız geri çəkilmələrini bildirib.
"Bunu hər kəs çox yaxşı bilməlidir ki, artıq fərqli bir həyat yolundayıq. Ümid edirəm ki, bu müddət ərzində bir damla belə qan axmasın, kimsə kimsəni incitməsin. Hər kəs məhəbbətlə bu prosesə qatılsın"-deyə Öcalan müraciətində qeyd edib.
AzNews.az