Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanıya bilər

16 Oktyabr 2018 12:52 (UTC+04:00)

O, deyib ki, özü və hökumət Qüdsü İsrailin paytaxtı kimi tanımaq və səfirliyi Tel-Əvivdən Qüdsə köçürməyə açıq münasibət bəsləyir.

Morrison İsrail-Fələstin münaqişəsi ilə bağlı Avstraliyanın iki dövlətli həll yolunu uyğun gördüyünü bildirib.

Müxalif İşçi partiyasının Senat sədri Penni Vonq isə Baş naziri Avstraliyanın xarici siyasəti ilə bağlı təhlükəli və aldadıcı söz oyunları oynaması ilə ittiham edib.

İsrail Baş naziri Benyamin Netanyahu isə Twitter mikrobloqundan paylaşım edərək, S.Morrisona təşəkkürünü bildirib.

Nurlan AĞA
AzNews.az