Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

16 Oktyabr 2018 14:29 (UTC+04:00)

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şair Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.

AzNews.azın verdiyi məlumata görə gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraq­mentlər, mәnzum hekayә və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunan şairin şeirlər toplusunu dilimizə şair-tərcüməçi Allah­verdi Tәklәli çevirib.

Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

AzNews.az