“Müəmmalı bir qətlin üç versiyası” - YUĞda PREMYERA

16 Oktyabr 2018 14:32 (UTC+04:00)

Oktyabr 19-u, saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək.

AzNews.azın məlumatına görə, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər.

Tamaşanın janrı epik pritça kimi müəyyənləşdirilib.

AzNews.az