Can Dündar beynəlxalq axtarışa verildi

16 Oktyabr 2018 16:26 (UTC+04:00)

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, Türkiyənin “Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Vaşinqton təmsilçisi İlhan Tanırın beynəlxalq axtarışa verilməsi ilə bağlı qərar verilib.

Məhkəmə təqsirləndirilən şəxslərin ifadəsinin alına bilmədiyinə görə beynəlxalq axtarışa verilməsini vacib sayıb.

Qeyd edək ki, Can Dündar PKK terror təşkilatının şiddət və təhdid üsullarını təbliğ edən ifadələr istifadə etməkdə günahlandırılmışdı.

Nurlan AĞA
AzNews.az