Rusiya sərhədçiləri Ermənistana keçən türkiyəlini tutdular

16 Oktyabr 2018 16:34 (UTC+04:00)

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxsi saxlayıblar.

Yerli KİV-də bildirilib ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, Gümrü sərhəd zastavasının növbətçiləri dövlət sərhədini pozan şəxsi aşkar edib və az sonra saxlayıblar.

Türkiyə vətəndaşı olan şəxsin sərhədi nə məqsədlə pozması araşdırılır.

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

© AzNews.az