“Barselona” bu futbolçunu icarəyə götürmək istəyir

16 Oktyabr 2018 18:01 (UTC+04:00)

“Barselona” klubu qış transfer pəncərəsi dövründə 34 yaşlı serb futbolçusu Branislav İvanoviçi Sankt-Peterburqun “Zenit” klubundan icarəyə götürmək niyyətindədir.

AzNews.az xəbər verir ki, hazırda “Barselona” rəhbərliyini müdafiəçilərin çatışmazlığı problemi narahat edir.

Belə ki, klubun müdafiəçiləri Samuel Yumtiti və Tomas Vermalen zədələndikləri üçün meydana çıxa bilmirlər. (AZƏRTAC)

© AzNews.az