Vladimir Putin Fransaya səfər edəcək

16 Oktyabr 2018 18:12 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də Fransaya səfər edəcək.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, V.Putin Birinci Dünya müharibəsinin sona çatmasının 100 illiyi münasibətilə həmin günlərdə Yelisey çöllərində təşkil ediləcək təntənəli mərasimlərdə iştirak edəcək.

V.Putin həmçinin Fransa prezidenti Emmanuel Makronun verəcəyi işgüzar səhər yeməyində iştirak edəcək. (Virtualaz.org)

© AzNews.az