Teatrın 7 əməkdaşına medal, 3 əməkdaşına fəxri ad verildi - ADLAR

16 Oktyabr 2018 18:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cəfərova Rüxsarə Əliağa qızı

Xanlarov Habil Tehran oğlu

Qurbanova Vəfa Əli qızı

Məmmədov Vidadi Mansur oğlu

Məmmədova Mayə Əliağa qızı

Mirzəyev Akif Əziz oğlu

Müzəffərov Arif Valeh oğlu".

Prezidentin digər sərəncamı ilə Sumqayıt Dövlət Dram Teatrının üç əməkdaşı “Əməkdar artist” fəxri adı alıb:

Hüseynov Mövsüm Turbəndə oğlu

Nuriyeva Sədaqət Məmmədağa qızı

Süleymanova Xatirə Bəylər qızı.