Prezidentdən İqtisadiyyat İnstitutu haqda - SƏRƏNCAM

16 Oktyabr 2018 19:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarına medal və fəxri diplom verib.

Ölkə başçısı bu haqda sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Hüseynov Tofiq Həsən oğlu

Muradov Allahyar Niyaz oğlu".

Prezidentin digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun daha beş əməkdaşına “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib:

Əliyev Tərbiz Nəsib oğlu

İmanov Nazim Müzəffər oğlu

Musayev Akif Fərhad oğlu

Sultanova Rəna Polad qızı

Yüzbaşıyeva Gülşən Zahid qızı.