Əfsanəvi futbolçu Bakıya gəlir

16 Oktyabr 2018 20:06 (UTC+04:00)

Fransa millisinin əfsanəvi futbolçusu, Madrid “Real”ının sabiq baş məşqçisi Zinəddin Zidan Bakıya gələcək.

Onun səfəri 2019-cu ilin mayında Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlıdır.

Belə ki, Avroliqanın finalı ilə bağlı yaxın aylarda Bakıda fan-zona açılacaq. Məhz bu münasibətlə Zidanın da Bakıya gələcəyi gözlənilir.

Qeyd edək ki, o, Bakıya tək gəlməyəcək. AFFA hazırda ona yaxın məşhur sima arasında seçim aparır. Onlardan bir neçəsinin gəlişinə razılıq veriləcək. Zinəddin Zidan artıq razılıq verilmişlər siyahısındadır. (Virtualaz.org)