Nikol Paşinyan istefa verdi - Ermənistan Baş nazirsiz qaldı

16 Oktyabr 2018 20:19 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib.

Ermənistan KİV-ləri xəbər verir ki, o, bu barədə oktyabrın 16-da parlamentin iclasında bildirib.

Qeyd edək ki, bu il dekabrın 9-10-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Nikol Paşinyana müxalif olanlar onun istefası qarşılığında dekabrda seçkilərin keçiriləcəyinə razılıq verəcəklərini bildiriblər. (virtualaz.org)