Medvedev pilotsuz avtomobili sınaqdan keçirdi

16 Oktyabr 2018 22:33 (UTC+04:00)

Rusiyanın baş naziri Dmitri Medvedev "Yandeks"in istehsal etdiyi pilotsuz avtomobili Skolkovoda sınaqdan keçirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Medvedev avtomobilin arxa oturacağında şirkətin sahibi Arkadi Volojla yanaşı oturub.

Avtomobilin sınaqdan sonra taksi kimi fəaliyyətə başlayacağı deyilir. Bundan öncə isə avtomobili Moskvanın meri Sergey Sobyanin sınaqdan keçirib.

Qeyd edək ki, Yandeks avtomobilin yaradılması layihəsinə 2016-cı ildən başlayıb. Bu ilin fevralında isə Moskvanın küçələrində sınaq yürüşü həyata keçirib.

© AzNews.az