Tramp ən çox bundan qorxur

17 Oktyabr 2018 09:57 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp Amerika Mərkəzi Bankının (FED) faizləri sürətlə artırmasından narazıdır.

O, bu barədə “FOX Business” telekanalına verdiyi açıqlamada bildirib.

Prezident FED-in müstəqil olduğu üçün onun sədri Ceremi Pouellə görüşmədiyini, lakin gördüyü işlərdən məmnun olmadığını bildirib.

Donald Tramp “FED mənim üçün ən böyük təhdiddir”, - deyə vurğulayıb.

Nurlan AĞA
AzNews.az