İsrail Qəzzəni bombaladı

17 Oktyabr 2018 12:16 (UTC+04:00)

AzNews.az beynəlxalq mediaya istinadən xəbər verir ki, İsrailin döyüş təyyarələri Fələstindəki Qəzzə zolağını vurub.

İsrail jetləri Qəzzədə üç müxtəlif məntəqəni hədəfə alıb.

Hadisənin səbəbi olaraq, Qəzzədən raket atılması göstərilir.

Fələstin mənbələrinin məlumatına görə, ölən və yaralanan yoxdur.

İsrail radiosu isə Qəzzədən atılmış raket nəticəsində üç şəxsin yaralandığını bildirib.

Nurlan AĞA
AzNews.az