“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə etdi

17 Oktyabr 2018 12:59 (UTC+04:00)

10-12 oktyabr tarixləri arasında internet üzərindən keçirilən müsabiqədə iştirak edənlərin hamısı mobil operator tərəfindən pulsuz danışıq dəqiqələri qazanandılar.

https://www.nar.az/nar-questions.html səhifəsində keçirilmiş müsabiqədə dörd mindən çox insan iştirak edib. Mobil operator haqqında verilən bütün suallara düzgün cavan verən 50-dən çox insan 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən 3400-dən çox istifadəçi isə 50 şəbəkədaxili dəqiqə qazandı. “Nar”-ın sosial şəbəkə hesablarında keçirilmiş müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosail layihələri (KSM) və sponsorluq faəliyyəti haqqında olub.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.