Azyaşlının qızıl sırğalarını zorla qulağından çıxardılar - Lənkəranda şok olay

17 Oktyabr 2018 13:30 (UTC+04:00)

AzNewes.az DİN-ə istinadən xəbər verir ki, hadisə Gərmətük qəsəbəsində baş verib.

Qəsəbə sakini azyaşlı qızının qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Bahar RÜSTƏMLİ

AzNewes.az