Krımda məktəb partladı: 10 ölü, 50 yaralı... - Video + Fotolar

17 Oktyabr 2018 14:16 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Krımın Kerç bölgəsindəki texniki məktəbdə partlayış meydana gəlib.

Partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və xilasetmə qrupu yönləndirilib.

Partlayışın səbəbi olaraq, yeməkxanadakı qaz sızması ehtimal olunur.



Nurlan AĞA
AzNews.az