Ordumuz “OSA”-dan döyüş atışları icra ediblər - VİDEO

17 Oktyabr 2018 14:39 (UTC+04:00)

Müdafiə nazirliyindən AzNews.az-a verilən məlumata görə, Hava hücumundan müdafiə (HHM) bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində HHM bölmələrinin taktiki təlimləri keçirilib.
Təlimlərdə HHM bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.

© AzNews.az