“Mən o məsələyə qarışmamışam” – Etiraz doğuran kitabın tərtibçisi

17 Oktyabr 2018 16:09 (UTC+04:00)

“Mən və şair Günel Şamilqızı mətnlərin seçimi, müəllif adlarının əlifba sırası ilə düzülüşü işi ilə məşğul olmuşuq”.

Bu sözləri AzNews.az-a açıqlamasında “Azərbaycan ədəbiyyatı antologiyası”nın (Gənclər) tərtibçisi şair, Fərid Hüseyn söyləyib.

O bildirib ki, əsərləri Türkiyə türkcəsinə Məhəmməd Rza adlı bir şəxs çevirib: “Həmkarlarımız mətnlərinin ixtisar olunduğunu, yanlış çevrildiyini iddia edir və sosial şəbəkələrdə əsaslandırılmış şəkildə iradlarını bildirirlər. Yenə deyirəm, mən mətnin Türkiyə türkcəsinə uyğunlaşdırılma məsələlərinə qarışmamışam, çapa qədər də çevrilən mətnləri görməmişəm. Yaxşı olardı ki, mətnlər müəllifləri razı salan səviyyədə Türkiyə türkcəsinə uyğunlaşdırılaydı”.

AzNews.az