15 ildə Azərbaycan beynəlxalq birlikdə sayılıb-seçilən ölkəyə çevrilib - Ukraynalı siyasi elmlər doktoru

17 Oktyabr 2018 16:56 (UTC+04:00)

Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib. Bu da müasir Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmiş Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir.

Bu fikri Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasının kafedra müdiri, siyasi elmlər doktoru Nikolay Qolovatıy deyib. O bildirib ki, regionda lider ölkəyə çevrilən Azərbaycan artıq bir sıra böyük iqtisadi layihələrin müəllifidir, multikultural dəyərlərin təbliğində gözəl modelini yaradıb.

N.Qolovatıy bildirib ki, son 15 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkədə demokratik təsisatlar güclənib. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sayının çoxluğu, onların həyata keçirdiyi qlobal layihələr buna bariz nümunədir. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik onu göstərir ki, dövlətin yürütdüyü xarici və daxili siyasət uğurlu, düşünülmüş və praqmatikdir. (AZƏRTAC)

© AzNews.az