Boltonun Azərbaycana səfər tarixi məlum oldu

17 Oktyabr 2018 17:17 (UTC+04:00)

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək.

Bu haqda “RİA-Novosti” agentliyinə diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, Bolton ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək və regional məsələlər müzakirə ediləcək. (Publika.az)

© AzNews.az