44 min 800 işsiz iş yeri ilə təmin edilib - 9 ay ərzində

17 Oktyabr 2018 18:09 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında 44 min 800 işsiz və işaxtaran şəxsi işlə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a bildiriblər ki, 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılıb.

Oktyabrın 1-dək proqram üzrə təlim kurslarına 7,3 mindən çox şəxs cəlb olunub ki, onlardan bu kursları bitirərək biznes planları uğurlu hesab edilən şəxslərin öz kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb.

Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.