Bu rayonun avtomobil yolunun tikintisinə pul ayrıldı - 20,08 milyon manat

17 Oktyabr 2018 18:41 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün verdiyi sərəncamla on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu–Turan–Cəyirli–Qozlubulaq–Sarıca–Qayabaşı–Bolludərə–Qaratorpaq avtomobil yolunun tikintisinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsindən 20,08 milyon (iyirmi milyon səksən min) manat ayrılıb.

Pullar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib.