Britaniya parlamentinin binasında həyəcan... - Yenilənib

17 Oktyabr 2018 22:31 (UTC+04:00)

Britaniya polisinin partlayıcı qurğuların zərərsizləşdirilməsi bölməsinin əməkdaşları parlament binası yaxınlığında aşkarlanan şübhəli əşyanı məhv ediblər.

Həmin əşya partladılıb.

Əməliyyatda partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan robotdan istifadə olunub.

***
21:16

Britaniya parlamentinin binası mühasirəyə alınıb.

Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.

Buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.

Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.

Polis ərazidə müvafiq tədbirlər görür.(oxu.az)

AzNews.az