Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir - Nazirlik

17 Oktyabr 2018 21:51 (UTC+04:00)

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə ərazisində saat 21:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir. Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.

AzNews.az