Ötən gün NATO-nun Əfqanıstandakı aviabazası yaxınlığında parklanmış avtomobil partlayıb.
Aviabazanın qorunmasında iştirak edən 5 çexiyalı hərbçi partlayış zamanı yaralanıb.
Bildirilir ki, çexiyalı hərbçilər avtomobil ilə keçərkən aviabazanın yaxınlığında duran digər avtomobil partlayıb və nəticədə hərbçilərin olduğu avtomobil aşıb. Onlardan 4-ü yüngül, 1-i isə ağır yaralanıb.
Bütün yaralılara hadisə yerində tibbi yardım göstərilib və daha sonra onlar helikopterlə Bahram aviabazasının xəstəxanasına çatdırılıblar.(trend.az)
AzNews.az