“The Washington Post”da Camal Qaşıqçının son məqaləsi dərc edildi

18 Oktyabr 2018 08:10 (UTC+04:00)

"The Washington Post" qəzeti jurnalist Camal Qaşıqçının İstanbulda itkin düşməsindən az əvvəl yazıb başa çatdırdığı məqaləsini dərc edib.

Jurnalist məqaləsində ərəb dünyasında KİV-in azadlığının aşağı səviyyədə olmasından və xəbərlərin işıqlandırılmasına dövlət təsirini gücləndirilməsindən bəhs edib.

Qaşıqçı həmçinin qeyd edib ki, bir çox ərəb jurnalistləri həmkarlarının çoxsaylı həbsləri barədə susmağa üstünlük verirlər.

"Əl-Masry əl Yorum" qəzetinin bütün tirajının Misir hökuməti tərəfindən ələ keçirilməsi həmkarlar tərəfindən nə qəzəb, nə reaksiya doğurdu", - deyə Qaşıqçı vurğulayıb.

Daha əvvəl KİV bildirib ki, Türkiyənin hüquq-mühafizə orqanları Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülməsinə dair dəlillər aşkarlayıb.

"The Washington Post" qəzetinin icmalçısı Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda itkin düşüb.(report.az)

AzNews.az