Aslı Enver yenə qaçdı

18 Oktyabr 2018 09:59 (UTC+04:00)

Türkiyənin Star Tv kanalında yayımlanan “İstanbullu Gelin” serialının baş rol aktrisası Aslı Enver dünən İstanbulda ticarət mərkəzində kameralara tuş gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxbirlərin “Murat Bozla barışmısınız?” suallarına aktrisa “bu suala cavab verməyəcəyəm” deyərək, uzaqlaşıb. Aktrisa növbəti dəfə bu suala cavab verməkdən yayınıb.

Qeyd edək ki, müğənni Murat Boz və Aslı Enver 2 illik münasibətlərini bu ilin aprel ayında sonlandırıb.

Nigar CƏFƏR

AzNews.az