Deputatlar sosial şəbəkədə aksiyaya dəstək verdilər

18 Oktyabr 2018 10:09 (UTC+04:00)

“ABAD” 18 Oktyabr “Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar “Azərbaycanımızı qarış-qarış” aksiyasına start verib. Aksiya çərçivəsində hər kəs vətənimizin gözəl guşələrində çəkdiyi maraqlı görüntüləri (foto və ya video) paylaşır.

Sosial şəbəkədə aktiv olan deputatlar aksiyaya qoşulublar.

AzNews.az məlumat verir ki, aksiyada iştirak edən millət vəkili Naqif Həmzəyev Gəncə şəhərindən maraqlı foto paylaşıb.

Millət vəkili Elşad Həsənov isə Hacı Cavad məscidinin şəklini paylaşaraq həmkarı Kamran Nəbizadəni aksiyada iştiraka səsləyib.

Aksiyaya qoşulan Kamran Nəbizadə də öz növbəsində Göyəzən dağının fotosunu paylaşıb. O da millət vəkili Mahir Abbaszadəni aksiyada iştiraka səsləyib.

Ədil Ədilzadə
AzNews.az