İçməli su məhdudiyyətlə veriləcək - Yasamalda

18 Oktyabr 2018 10:16 (UTC+04:00)

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzNews.az-a bildirib ki, Bakı şəhəri Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.