Əmindir ki, Almaniyanın Özilə ehtiyacı var

18 Oktyabr 2018 10:40 (UTC+04:00)

Aznews.az. xəbər verir ki, Venger “topçular”ın futbolçusu Məsut Özil barədə də danışıb. Almaniya yığmasının uğuruszluğuna münasibət bildirən fransız mütəxəssis, Yoahim Lövün Məsutu geri qaytarmalı olduğunu da vurğulayıb:

“Mən əminəm, Almaniyanın Özilə ehtiyacı var. Hesab edirəm ki, Yoahim Löv onu geri qayıtmağa inandırmalıdır. Məsut yüksək səviyyəli futbolçudur. O, DÇ-2018-də zəif çıxış etmədi.

Onun yığmadan getməsi ürəyimcə olmadı. Məni qane edən odur ki, futbolçu mümkün olduğu qədər yaxşı olsun. Beynəlxalq yarışlar olmadan isə bu, mümkünsüz olur”.

Özil DÇ-2018-dən sonra Almaniya yığmasında çıxışını dayandırıb.

© AzNews.az