Azərbaycanın yeni turizm brendi təqdim olunub - "Take another look"

18 Oktyabr 2018 10:50 (UTC+04:00)

Brendi Büronun brend və marketinq üzrə direktoru Fidan Quliyeva təqdim edib.

O, brendin yaradılması yolundan bəhs edib: "Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün güclü brendə malik olmalıyıq. Azərbaycanın bütün gözəlliklərini üzə çıxarmalıyıq. Gözəl mətbəximiz, qonaqpərvər insanlarımız var. Yeni brendi hazırlayarkən bütün bunları nəzərə aldıq. Azərbaycan yeni kəşflər ölkəsidir. Bu loqo Azərbaycanın dünyada tanınmasına kömək edəcək".

F.Quliyevanın sözlərinə görə, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq. (report)

© AzNews.az