Konsulluqda Qaşıqçının ölümü ilə bağlı sübutlar tapıldı: axtarış sona çatdı - Fotolar

18 Oktyabr 2018 11:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

İtkin jurnalist Camal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda gerçəkləşdirilmiş ikinci axtarış prosesi Türkiyə vaxtı ilə səhər saat 5-də başa çatıb.

Binadan çıxmış təhqiqatçıların əlində çox sayda paketin olduğu və sübutun əldə edildiyi görülüb.

Sübut torbalarının çıxarılması zamanı polislərin üstündə qırmızı ləkələr isə diqqət cəlb.

Qan ləkəsinə oxşayan bu izlərin kimyəvi maddə olduğu bildirilib.

Nurlan AĞA
AzNews.az