AzNews.az xəbər verir ki, sənətçi televiziyaların birində qonaq olarkən, həmkarlarının “toy olmasa, batarıq” sözləri ilə razılaşmadığını deyib:
“Niyə batıram? Kişi deyilik? Əlimiz, qolumuz yerində deyil? Gedib torpaqla iş görərəm, taksi sürərəm, mal-qara saxlayaram. "Batarıq" söhbətini müğənnilər efirdə deyirlər, bunu yığışdırmaq lazımdır, Düzdür, toya gedirik, oxuyuruq, pul qazanırıq. Amma birdən səsimiz batdı, açından öləcəyik?”.
Bahar RÜSTƏMLİ
AzNews.az