15 min kitabın təqdimatı olacaq

18 Oktyabr 2018 13:10 (UTC+04:00)

Oktyabrın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM təşkilatı və Milli Kitabxana birgə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş türk dilində on beş min kitabın təqdimat mərasimini keçirəcək.

AzNews.az-ın Azərbaycan Milli Kitabxanasından əldə etdiyi məlumata görə, kitablar Azərbaycan Milli Kitabxanasına və respublikanın digər şəhər və rayon kitabxanalarına təqdim ediləcək.

Təqdimat mərasimi Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

Səidə Nurməmmədli,

AzNews.az