Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-də yayımlanan “Canım sizə desin” adlı proqramının ötən günkü buraxılışında aparıcının qonaqla bayağı davranması mövzusuna münasibət bildirib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, verilişdə konkret qanun pozuntusu olmayıb: “Bununla belə, əlbəttə, verilişdə aparıcılar da, iştirakçılar da bayağı hərəkətlərdən qaçmalıdırlar”.
Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Mehriban Xanlarova verilişin qonağı “Azəri Vandam” kimi tanınan şəxsin hərəkətləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. (Report)
© AzNews.az